Almaniya Ukraynaya III Patriot göndərir

   Almaniya Ukraynaya III Patriot göndərir
  11 İyun 2024    Oxunub:845
Almaniya tezliklə Ukraynaya üçüncü Patriot sistemini, IRIS-T, Gepard qurğularını, raket və sursatları təhvil verəcək
AzVision.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts deyib.

"Hazırda Ukrayna ordusunun ən təxirəsalınmaz ehtiyacı döyüş sursatı, silah, xüsusən də hava hücumundan müdafiə sistemidir. Ona görə də yaxın həftələrdə və aylarda biz Ukraynaya üçüncü Patriot sistemi, IRIS-T qurğusu, “Gepard”lar, raketlər və döyüş sursatları təqdim edəcəyik", - kansler bildirib.

Onun sözlərinə görə, güc və prinsiplərə sadiqlik Putinin diktatura şəklində hərbi qələbənin və sülhün olmayacağını anlaması üçün ilkin şərtdir.

AzVision.az



Teqlər:





Xəbər lenti