Rusiya ilə diplomatik münasibətlərin bərpası prosesi gedir - Gürcüstan telekanalı

Rusiya ilə diplomatik münasibətlərin bərpası prosesi gedir    - Gürcüstan telekanalı
  12 İyun 2024    Oxunub:909
Gürcüstanın müxalifət telekanalı "Mtavari Arxi" maraqlı məlumat yayıb.
AzVision.az xəbər verir ki telekanal mənbələrinin məlumatına görə, Gürcüstan və Rusiya hökumətləri diplomatik münasibətləri bərpa etmək üçün fəal şəkildə təmaslara başlayıblar.

"Mənbənin bizə verdiyi məlumata görə, hakim “Gürcü arzusu” partiyası və Rusiya rəhbərliyi diplomatik münasibətlərin bərpası ilə bağlı fəal iş aparır və danışıqlar gedir. Hakimiyyət Moskvada Gürcüstan səfirliyini açmağı planlaşdırır, artıq işçilərin seçimi də başlayıb", - məlumatdə qeyd edilib.

Qeyd edək ki, 2008-ci ildən Rusiya ilə Gürcüstan arasında diplomatik əlaqələr kəsilib. Buna səbəb Rusiyanın Gürcüstana qoşun yeritməsi və işğal etdiyi Cənubi Osetiya ilə Abxaziyanın müstəqil dövlət kimi tanıması olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti