"Hizbullah"ın komandiri öldürülüb - VİDEO

   "Hizbullah"ın komandiri öldürülüb -  VİDEO
  12 İyun 2024    Oxunub:981
İsrail Hərbi Hava Qüvvələri Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" terror təşkilatının yüksəkrütbəli komandirini - "Əbu Talib" kimi tanınan Talib Abdullahı zərərsizləşdirib.
AzVision.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti "X"də məlumat yayıb.

Bildirilir ki, ötən gecə Livanın cənubundakı Cüvəyya qəsəbəsində "Hizbullah"a məxsus qərargah mərkəzi bombalanıb. Nəticədə təşkilatın "Nəsr" birliyinin komandiri Talib Abdullah, habelə daha 3 terrorçu zərərsizləşdirilib.

Məlumata görə, Talib Abdullah uzun illər İsrail vətəndaşlarına qarşı çox sayda terror hücumları planlaşdırıb və həyata keçirib.

Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahu ötən günlərdə "Hizbullah"a qarşı böyük əməliyyat başlandığını diqqətə çatdırmışdı. Ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir isə hücum əməliyyatlarının qətiliklə davamının vacibliyini vurğulayaraq, hökuməti Livanın birdəfəlik işğalına çağırmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Hizbullah   Livan   komandir  





Xəbər lenti