Kralın portretinin başına oyun açdılar

   Kralın portretinin başına oyun açdılar
  12 İyun 2024    Oxunub:973
Böyük Britaniya kralı III Çarlzın ilk rəsmi portreti aktivistlərin hücumuna məruz qalıb.
AzVision.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, heyvan hüquqlarını müdafiə edən “Animal Rising” təşkilatının fəalları Londondakı “Philip Mold” qalereyasında sərgilənən portretə hücum ediblər.

Aktivistlər kralın portretinin üzərinə “Uollas və Qromit” adlı cizgi filminin əsas personajlarından biri olan Uollesin şəklini yapışdırıb və yazı əlavə ediblər.

Təşkilatdan verilən açıqlamada bildirilir ki, onlar bu addımı heyvanlara qarşı qəddarlığa diqqət çəkmək məqsədi ilə atıblar.

Qeyd edək ki, portreti Conatan Leo çəkib, ilk dəfə bu ilin may ayında Bukingem Sarayında nümayiş etdirilib



Aygün Xankişiyeva
AzVision.az



Teqlər:





Xəbər lenti