Çində rekord isti qeydə alındı

   Çində rekord isti qeydə alındı
  12 İyun 2024    Oxunub:933
Çinin Sincan Uyğur Muxtar Rayonunda havanın temperaturu il ərzində rekord səviyyəyə - 75 dərəcəyə çatıb
AzVision.az xəbər verir ki, rekord göstərici iyunun 11-də muxtar rayonun Turfan dairəsi ərazisindəki Alovlu Dağ turizm məntəqəsində də qeydə alınıb. Son günlər Turfan şəhərində havanın hərarəti 40 dərəcə olur. Bununla belə, Çinin ən isti yerlərindən olan Alovlu Dağda quraşdırılmış dünyanın ən hündür termometri (12 metr) yer səthindəki real hərarəti – 75 dərəcəni göstərib. Turistlər qumun üzərində istidən bişən yumurtalardan da yeyiblər.

Qeyd edək ki, çökəkdə yerləşən və “Alov vahəsi” kimi tanınan Turfan hövzəsi təkcə Çində deyil, dünyada ən isti və ən quraq iqlimə malik bölgə kimi tanınır.

AzVision.az



Teqlər:





Xəbər lenti