Növbəti addım KTMT-dən çıxmaq olacaq - Paşinyan

   Növbəti addım KTMT-dən çıxmaq olacaq -    Paşinyan
  13 İyun 2024    Oxunub:909
"Növbəti məntiqli addım Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq olacaq. Bunun bir ay, bir il və ya üç ildən sonra olacağına qərar verəcəyik".
AzVision.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Parlamentdə büdcənin icrasının yekun müzakirəsi zamanı hökumət başçısı təşkilatı yenidən tənqid edib və onu Ermənistanın təhlükəsizliyinin təmin edilməsi məsələsində fəaliyyətsizlikdə ittiham edib.

Paşinyanın sözlərinə görə, təşkilat 2021 və 2022-ci illərdə ölkə qarşısında müqavilə öhdəliklərini yerinə yetirməkdən imtina edib.

“İndi onlar Ermənistan Respublikasını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına vermək üçün hakimiyyəti dəyişmək istəyirlər. Amma mən klerikal-feodal elitaya demək istəyirəm: siz hökuməti dəyişə bilməyəcəksiniz, çünki xalqın yaratdığı və onun tərəfindən dəstəklənən legitimlik qarşısında acizsiniz”, - baş nazir bildirib.

Ermənistanın baş naziri 2024-cü ilin fevralında bildirmişdi ki, İrəvan KTMT-dəki iştirakını dondurub. Mart ayında isə Paşinyan bəyan etmişdi ki, təşkilat İrəvanın ölkənin suveren ərazisi ilə bağlı verdiyi suallarına cavab verməsə, Ermənistan KTMT-dən çıxacaq.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti