Millimiz DÇ-da Türkiyəni böyük hesabla məğlub etdi

   Millimiz DÇ-da Türkiyəni böyük hesabla məğlub etdi
  13 İyun 2024    Oxunub:854
Azərbaycan millisi Bakıda keçirilən çövkən üzrə dünya çempionatında üçüncü qələbəsini qazanıb
AzVision.az xəbər verir ki, yığmamız Binə Atçılıq Mərkəzində baş tutan görüşdə Türkiyəni 5:0 hesabı ilə məğlub edib.

Azərbaycan millisi üç turdan sonra A qrupunda maksimum nəticə ilə liderdir. Özbəkistan ikinci, Qazaxıstan üçüncü, Türkiyə dördüncü, Malta isə sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, yığma əvvəlki iki görüşdə Qazaxıstan və Malta komandalarını 5:0 hesabı ilə məğlub edib.

AzVision.az



Teqlər:





Xəbər lenti