KTMT: Ermənistan təşkilatın tamhüquqlu üzvü olaraq qalır

   KTMT: Ermənistan təşkilatın tamhüquqlu üzvü olaraq qalır
  13 İyun 2024    Oxunub:846
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanı təşkilatın tamhüquqlu üzvü hesab edir
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə qurumun katibliyindən bildirilib.

Baş nazir Nikol Paşinyanın bəyanatları ilə əlaqədar olaraq təşkilat Ermənistanın KTMT-nin tamhüquqlu üzvü olduğunu

açıqlayıb.

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın müvafiq şərhinə diqqət edək: “Paşinyan KTMT-dən çıxdığımızı deməyib, nə

vaxt çıxacağımıza qərar verəcəyimizi söyləyib”.

“Bu baxımdan, Ermənistanın KTMT tədbirlərində iştirakının nəzərəçarpacaq dərəcədə azalmasına baxmayaraq, ölkə təşkilatın

tamhüquqlu üzvü olaraq qalır”, - deyə katiblikdən qeyd edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti