Paşinyan statusunda yazıb: “Bu gün İrəvanda ikinci 15 km-lik velosiped yürüşümüz baş tutub. Velosiped həmrəylikdir, ilhamdır, zövq almaqdır. Yaşasın velosiped! Velosiped klubumuza qoşulmaq istəyən hər kəs adını, telefon nömrəsini və velosipedlə birlikdə şəklini
[email protected] ünvanına göndərməlidir".
Xatırladaq ki, baş nazir 3 gün öncə
sosial şəbəkə hesabında velosiped sürəndən sonra idman şortu və başında kaska ilə hökumət evinə gəlməsini əks etdirən video paylaşmışdı.
Bu video da sosial şəbəkələrin erməni seqmentində tənqidlərə səbəb olmuşdu.
Qeyd edək ki, Paşinyan son günlər veloyürüşlər təşkil edir, xalq arasında görünməyə çalışır. Müxalifət, bəzi saytlar veloyürüşü ölkədə artan narazılıqlara, keşiş Baqrat Srbazanın etiraz yürüşlərinə cavab kimi qiymətləndirir.
Tural Tağıyev
AzVision.az