Orban: "NATO Ukraynaya görə Avropada üç yeni baza yaradır"

 Orban:    "NATO Ukraynaya görə Avropada üç yeni baza yaradır"
  14 İyun 2024    Oxunub:785
NATO Ukraynaya silah tədarükünü əlaqələndirmək üçün Avropada üç böyük baza yaratmağı planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban məlumat yayıb.

NATO artıq Orbanla heç bir informasiyanı paylaşmır - “The Daily Beast”
Onun sözlərinə görə, söhbət NATO-nun Ukraynaya dair xüsusi missiyasının təşkilindən gedir.

"Bu o deməkdir ki, NATO Ukraynaya silah ötürülməsini koordinasiya edəcək", - Orban "Kossuth" radiosunda çıxışı zamanı deyib.

Ehtimal edilir ki, bazalar Ukrayna ilə həmsərhəd ölkələrdə - Polşa, Rumıniya və Slovakiyada yerləşəcək. Bu isə Orbanı narahat edir. Baş nazir fikrini belə yekunlaşdırıb ki, “Ölkəmiz “hərbi hədəf”ə çevrilmək təhlükəsini hiss etmək istəmədiyi üçün NATO-nun planlarının həyata keçirilməsində iştirak etməyəcək”.

Xatırladaq ki, bir neçə gün öncə “The Daily Beast” nəşri NATO rəsmilərinin artıq Orbanla heç bir informasiya paylaşmadığını yazmışdı. Macarıstanın sağçı mühafizəkar "Jobbik" partiyasının sədri Marton Dyondyöş sayta müsahibəsində deyib ki, "Ümumən Qərbdə artıq heç kim Macarıstana güvənmir. NATO artıq Orbanla heç bir informasiyanı paylaşmır, Macarıstan universitetləri qrantları, tədqiqat fondları və mübadilə proqramlarına çıxışı itirirlər”.

Bundan başqa, bir neçə gün öncə "Politico" nəşri də Orbanla bağlı diqqət çəkən məqalə dərc etmişdi. Qeyd edilridi ki, Avropa İttifaqı (Aİ) Macarıstanın baş nazirini Rusiya prezidenti Vladimir Putinlə isti münasibətlərinə və həmçinin Kiyevə yönəlmiş yardımlara müqavimət göstərdiyinə görə cəzalandırmaq istəyir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   NATO   Rusiya   Ukrayna   Orban   Baza  





Xəbər lenti