Bayden növbəti dəfə öz-özünə danışdı - VİDEO

 Bayden növbəti dəfə öz-özünə danışdı    - VİDEO
  14 İyun 2024    Oxunub:1113
ABŞ prezidenti Cozef Bayden növbəti dəfə qəribə davranışları ilə diqqət çəkib.
AzVision.az xəbər verir ki, o, G7 sammiti zamanı desantların hazırladığı çıxışlardan sonra əlini qaldırıb öz-özünə, sərgərdan şəkildə gəzməyə başlayıb.

Ağ Evin keçmiş həkimi: "Baydenin koqnitiv problemləri ABŞ üçün təhlükədir"
"Həmin anda İtaliyanın baş naziri Corciya Meloni onu dünya liderlərinin dayandığı sıraya qaytarmalı olub", - görüntüləri dərc edən The New York Post yazıb.

Kadrlarda G7 liderləri, Avropa Komissiyası və Avropa Şurasının rəhbərləri bir sırada dayanaraq paraşütçüləri alqışlayırlar. Bayden isə başqa istiqamətdə sanki gözünə nə isə görünürmüş kimi baxır.

Xatırladaq ki, fevral ayında Ağ Evin keçmiş həkimi, konqresmen Ronni Cekson Amerikanın "Fox News" telekanalına müsahibəsində prezidentin koqnitiv problemlerdən əziyyət çəkdiyini demişdi.

Cekson qeyd edib ki, Ağ Evin hazırkı sahibinin koqnitiv problemləri daha da pisləşib. Bu baxımdan həkim belə qənaətə gəlib ki, 81 yaşlı siyasətçi prezident vəzifəsini yerinə yetirməyə uyğun deyil. Bayden hətta seçkilərdə belə iştirak etməməli idi.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Bayden  





Xəbər lenti