“FarmHer” layihəsi qadınların inkişafına töhfə verir |
Tədbir çərçivəsində keçirilən paneldə millət vəkili, BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, BMT-nin Qlobal Sazişinin ölkə üzrə rəhbəri Samir Məmmədov və Azercell-in Hüquq, Etika və Komplayens üzrə Baş Direktoru Şirin Əliyeva müzakirələr apardılar.
Nigar Arpadarai çıxışında beynəlxalq ESG tendensiyaları, dayanıqlı inkişafın cari vəziyyəti və qlobal perspektivləri haqqında fikirlərini paylaşdı.
Samir Məmmədov isə Azərbaycanda dayanıqlılıq təşəbbüslərini inkişaf etdirmək üçün dövlət və özəl sektor arasında əməkdaşlıq imkanlarından və yerli bizneslərin ESG-yə yanaşmasından danışdı.
Azercell-in Hüquq, Etika və Komplayens üzrə Baş Direktoru Şirin Əliyeva lider mobil operatorun ESG hesabatını tədbir iştirakçılarına təqdim edərək, şirkətin davamlı inkişaf sahəsində fəaliyyəti haqqında ətraflı məlumat verdi. Baş direktor qeyd etdi ki, Azercell-in ESG hesabatı mobil operatorun “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinin əsasını təşkil edən şəffaflıq və dayanıqlı inkişaf məsələlərində Azercell-in tərəfdaşlar qarşısında məsuliyyətinin sübutudur.