"Liftə minən qadınlardan birinin 150 kiloqram çəkisi var" - “Şərurlu İsfəndiyar”

   "Liftə minən qadınlardan birinin 150 kiloqram çəkisi var" -    “Şərurlu İsfəndiyar”
  14 İyun 2024    Oxunub:946
Xəbər verdiyimiz kimi, ötən gün Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən “Şərur MTK” yaşayış kompleksində lift qırılıb. Hadisə nəticəsində 8 nəfər (5-i qadın, 3-ü kişi olmaqla) xəsarət alıb. Onlardan 7 nəfəri Sabunçu Tibb Mərkəzinə, 1 nəfəri Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
“Şərur MTK”nın sahibi, tikinti maqnatı kimi tanınan İsfəndiyar Axundov məsələ ilə bağlı “Unikal”a açıqlama verib.

“Liftin qarşısında yazılıb ki, 4 nəfərlikdir. Onlar isə 8 nəfər miniblər. Özü də liftə minən qadınlardan birinin 150 kiloqram çəkisi var. Zorla sığışıblar. Liftin də yükgötürmə qabiliyyəti var. İkiqat, bəlkə də üçqat yüklənib. Kiməsə qonaqlıq veriblər, kefli olublar. Nəticədə belə hadisə baş verib”, - o bildirib.

“Şərurlu İsfəndiyar” məlum hadisədən sonra sosial şəbəkələrdə sözügedən MTK-nın tikdiyi binalarda liftlərin keyfiyyətsiz olması barədə yayılan iddialara belə cavab verib: “Kim nə yazır, özü bilər. Sağ olsunlar”.

AzVision.az


Teqlər:





Xəbər lenti