Beş ayda 800 kq-a yaxın qızıl istehsal edilib

Beş ayda 800 kq-a yaxın qızıl istehsal edilib
  14 İyun 2024    Oxunub:980
2024-cü ilin yanvar-may ayları ərzində Azərbaycanda 792 kq qızıl, 1363 kq isə gümüş istehsal edilib.
AzVision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.7%, gümüş istehsalı isə 24% azalıb.

Qeyd edək ki, 2024-cü il iyun ayının 1-nə Azərbaycanda gümüş və qızılın hazır məhsul ehtiyatı müvafiq olaraq 684.2 kq və 204.5 kq təşkil edib.


AzVision.az


Teqlər:





Xəbər lenti