Türkiyədə yanğın söndürən təyyarə suya batdı

   Türkiyədə yanğın söndürən təyyarə suya batdı
  14 İyun 2024    Oxunub:638
Türkiyənin Aydın vilayətinin Didim rayonunda meşə yanğınına müdaxilə edən təyyarənin burnu Bafa gölündən su götürərkən suya batıb.
AzVision.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Muğla valisi Akbıyık "TRT Haber"ə açıqlamasında bildirib ki, təyyarədə olan 3 nəfər xilasetmə qrupları tərəfindən xilas edilib.

“Texniki nasazlıq səbəbindən amfibiya yanğınsöndürmə təyyarəsi Bafa gölünə düşdü. İki pilot və daha bir mütəxəssis xilas edilərək sahilə çıxarılıb”, - o bildirib.



AzVision.az


Teqlər:





Xəbər lenti