Stoltenberq ABŞ və Kanadaya səfər edəcək

   Stoltenberq ABŞ və Kanadaya səfər edəcək
  14 İyun 2024    Oxunub:822
NATO-nun Baş katibi Yens Stoltenberq iyunun 17-20-də ABŞ və Kanadaya səfər edəcək
AzVision.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Baş katib iyunun 17-də o, Vaşinqtonda ABŞ Prezidenti Co Baydenlə görüşəcək.

Stoltenberq dövlət katibi Antoni Blinkenlə də görüşəcək, ABŞ Senatında və bir sıra analitik mərkəzlərdə çıxışlar edəcək.

Kanadada isə onun Baş nazir Castin Trüdo ilə danışıqlar gözlənilir.

AzVision.az



Teqlər:





Xəbər lenti