Münaqişə qızışır: Suriyadan "Hizbullah"a dəstək göndərilə bilər

      Münaqişə qızışır:    Suriyadan "Hizbullah"a dəstək göndərilə bilər
  15 İyun 2024    Oxunub:989
"Fələstin İslam Cihadı" terror təşkilatının Suriya qanadından Livana - "Hizbullah" terror təşkilatına dəstək qoşunu göndərilməsi planlaşdırılır.
AzVision.az xəbər verir ki, bu barədə təşkilatın Suriyada milli əlaqələr üzrə rəsmisi İsmayıl əl-Səndəvi Livanda İsrailə qarşı döyüşlərdə ölən silahdaşlarının anım mərasimdə bildirib.
İsrail Livana qarşı böyük əməliyyata başlayıb - FOTO/VİDEO - YENİLƏNİB

"İsrail "Hizbullah"a qarşı genişmiqyaslı müharibəyə başlayarsa, Livana əlavə qüvvə göndərməyə hazırıq. Gənclər bu müqavimətdə "Hizbullah"a qoşulmağı səbirsizliklə gözləyirlər", - o vurğulayıb.

Yeri gəlmişkən, indiyədək "Fələstin İslam Cihadı"nın Suriya qanadında döyüşən 16 fələstinli qaçqın Livanın cənubunda İsrail Ordusu ilə toqquşmalarda həyatını itirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Suriya   Livan   İsrail   Hizbullah  





Xəbər lenti