Dünya liderləri Ukrayna Sülh Sammitinə toplaşırlar

   Dünya liderləri Ukrayna Sülh Sammitinə toplaşırlar
  15 İyun 2024    Oxunub:899
Rusiya-Ukrayna müharibəsində mümkün nəticəyə gəlmək naminə İsveçrənin Nidvalden əyalətindəki Ştansştad qəsəbəsində keçirilən ikigünlük sülh sammiti başlamaq üzrədir.
AzVision.az xəbər verir ki, sammitdə bir sıra ölkə liderinin: Fransadan Emmanuel Makron, Almaniyadan Olaf Şolts, Kanadadan Castin Trüdo, Yaponiyadan Fumio Kişida, habelə ABŞ-nin vitse-prezidenti Kamala Harris, Türkiyənin XİN rəhbəri Hakan Fidan və başqalarının iştirakı gözlənilir.

Hərçənd bu sammitə "ciddi yanaşmayan" ölkələr də var. Məsələn, Çin, Pakistan, Səudiyyə Ərəbistanı və Avstraliyadan hər hansı rəsmi şəxs sözügedən beynəlxalq tədbirə getməyəcək.

Moskva isə bu sammitin Rusiyanın iştirakından kənar baş tutmasını birmənalı şəkildə qeyri-qanuni sayır. Bir sıra rəsmi şəxsin, habelə Rusiya Dumasının sədri Vyaçeslav Volodinin vurğuladığı kimi "müharibənin həlli üzrə danışıqlarda Rusiyanın iştirakı şərtdir".
Volodin: "Müharibənin həlli üzrə danışıqlarda Rusiyanın iştirakı şərtdir"

"ABŞ və Avropa İttifaqının riyakarlığını görən ölkələr Ukrayna böhranı ilə bağlı İsveçrədə keçiriləsi konfransa qoşulmağa maraq göstərmir. Getdikcə daha çox ölkə başa düşür ki, Vaşinqton və Brüsselin siyasəti ikiüzlülüyə, ikili standartlara əsaslanır", - Volodin ötən günlərdə "Telegram" kanalında yazmışdı.

Sammitdə iştirak üçün dünən İsveçrəyə gələn Ukrayna Prezidenti Volodimir Zelenskinin Kamala Harrislə ayrıca görüşü də keçiriləcək.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Ukrayna   sülh-sammiti   İsveçrə   Rusiya  





Xəbər lenti