Almatıda KTMT ölkələrinin XİN rəhbərləri görüşəcək

Almatıda KTMT ölkələrinin XİN rəhbərləri görüşəcək
  15 İyun 2024    Oxunub:807
İyunun 21-də Almatıda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Almatıda Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleunun sədrliyi ilə KTMT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

İclasda beynəlxalq və regional təhlükəsizliyin aktual məsələləri, o cümlədən Qazaxıstanın KTMT-də sədrliyi dövründə prioritetlərinin yerinə yetirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsində əldə olunan irəliləyişlərin müzakirəsi planlaşdırılır.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti