İordan çayının qərb sahilində 500-dən çox fələstinli ölüb

İordan çayının qərb sahilində 500-dən çox fələstinli ölüb
  15 İyun 2024    Oxunub:731
7 oktyabr 2023-cü ildən bəri İordan çayının qərb sahilində 126-sı uşaq olmaqla 500-dən çox fələstinli həyatını itirib.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı “X”də məlumat yayıb. Qeyd olunub ki, 5,2 mindən çox insan, o cümlədən 800 uşaq xəsarət alıb.

İsrail Müdafiə Ordusu isə bildirib ki, hərbi əməliyyatların başlanmasından (7 oktyabr) bu günə kimi İordan çayının qərb sahilində keçirilən antiterror reydləri zamanı axtarışda olan 800-dən çox şəxs saxlanılıb, onlardan 500-ə yaxını HƏMAS-la əlaqəlidir.

AzVision.az


Teqlər:





Xəbər lenti