24 saatda 3-cü qəza

24 saatda 3-cü qəza
  18 Aprel 2013    Oxunub:1481
Son 24 saat ərzində paytaxtda üç avtobus qəzası baş verib.
Bakıda daha bir avtobus qəzası baş verib. Hadisə bu gün saat 17.00 radələrində Bakı Dairəvi Yolunda qeydə alınıb. “Sədərək” ticarət mərkəzi istiqamətində hərəkət edən 211 saylı xətt avtobusu idarəetməni itirərək aşıb. APA-nın məlumatına görə, nəticədə avtobusda olan sərnişinlərdən 15 nəfər xəsarət alıb.

Hazırda hadisə yerində araşdırma aparılır. Qeyd edək ki, bu, 24 saat ərzində paytaxtda baş verən sayca üçüncü avtobus qəzasıdır. 3 hadisə nəticəsində 31 nəfər yaralanıb.



Teqlər:





Xəbər lenti