“Şahdağ” daha maraqlı olacaq: Yeni əyləncələr yaradılır – Mərkəzin sədri

      “Şahdağ” daha maraqlı olacaq:    Yeni əyləncələr yaradılır –    Mərkəzin sədri
  15 İyun 2024    Oxunub:978
“Şahdağ” kompleksinin ərazisində il ərzində infrastrukturun yenidən qurulması və modernləşdirilməsi, həmçinin yeni əyləncələrin yaradılması istiqamətində işlər aparılıb.
Yay turizm mövsümünə start verildi
Bu barədə jurnalistlərə “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov məlumat verib. O bildirib ki, ilin sonuna kimi mərhələli şəkildə bir sıra layihələr həyata keçiriləcək: “Yaxın aylarda ziyarətçilər üçün 2 qoldan ibarət, uzunluğu 1250 metr olan yeni zip-line xətti, kros motosikl turları, müxtəlif yaş kateqoriyalarında olan uşaqlar üçün avtodrom, tyubing və go-kart əyləncələri istifadəyə veriləcək”.

Turizm Mərkəzinin sədri kompleks ərazisində 5-ci faza üzrə tikinti işlərinə start verildiyini, ilkin tikinti mərhələsinin 2025-ci ilin əvvələrində tamamlanacağını, həmin ərazidə FIS standartlarına uyğun inşa edilən yeni xizək stadionunun, yamacın, qondola tipli kanat stansiyasının və yeni parkinq ərazisisinin salınacağını deyib.

- “Şahdağ” Turizm Mərkəzinin təşəbbüsü ilə xizək idman klubu yaradılıb. Bununla bağlı müntəzəm təlimlər keçirilir. Xaricdən mütəxəssislər dəvət olunur. Uşaqlar üçün Bakıda və Qusarda 12 günlük təlimlər təşkil edilib,- QSC-nin sədri deyib.

Bundan başqa, Mərkəzdə azərbaycanlı jurnalistlərin xizək klubu yaradılıb.

Səbinə Həsənova
AzVision.az

Həm yay, həm qış... | Azərbaycanın turizm strategiyasında nələr var
"Bu il ölkəyə 965 555 əcnəbi gəlib"- Kənan Quluzadə


Teqlər:   Turizm  





Xəbər lenti