Türkiyənin Sabancı Universitetinin nümayəndə heyəti SOCAR-da olub

   Türkiyənin Sabancı Universitetinin nümayəndə heyəti SOCAR-da olub
  15 İyun 2024    Oxunub:914
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Ziba Mustafayeva Türkiyənin Sabancı Universitetinin rektoru Yusuf Leblebici ilə görüşüb
AzVision.az xəbər verir ki, görüşdə SOCAR-ın insan kapitalının inkişafına xüsusi əhəmiyyət verdiyini, bu istiqamətdə müxtəlif layihələr həyata keçirdiyini bildirən vitse-prezident Ziba Mustafayeva xüsusilə təhsil sahəsinin inkişafı ilə bağlı bir sıra səmərəli tədbirlərin reallaşdırıldığını bildirib.

Z.Mustafayeva BANM-ın fəaliyyətindən, ali məktəbin qazandığı yüksək nailiyyətlərdən bəhs edib.

Görüşdə iştirak edən BANM-ın rektoru Elmar Qasımov bu günlərdə Sabancı Universitetinin rektoru Yusuf Leblebicinin rəhbərliyi ilə nümayəndə heyətinin ali məktəbdə olduğunu və tərəflər arasında əməkdaşlığın uğurla davam etdirildiyini deyib.

Sabancı Universitetinin rektoru Yusuf Leblebici görüşə görə minnətdarlığını bildirərək hazırda “SOCAR Türkiyə” və Sabancı Universitetinin hidrogen layihəsi üzərində birgə çalışdığını deyib, əməkdaşlıqdan məmnunluqlarını söyləyib. Rektor tərəflər arasındakı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən “SOCAR Enerji Məktəbi”nin uğurlarından bəhs edib.

AzVision.az



Teqlər:





Xəbər lenti