“Coca-Cola” Rusiyada ticarət nişanlarını qeydiyyata alır

   “Coca-Cola” Rusiyada ticarət nişanlarını qeydiyyata alır
  15 İyun 2024    Oxunub:1029
“Coca-Cola” böyük ehtimalla Rusiyaya qayıdır
AzVision.az xəbər verir ki, bu barədə “Vedomosti” nəşri məlumat verib.

“Rusiya bazarından “Coca-Cola”, “Sprite” və “Fanta” markalarını geri çağıran “Coca-Cola” şirkəti aprel ayında “Rospatent”ə eyniadlı əmtəə nişanlarının qeydiyyatı üçün üç ərizə verib”, – deyə “Vedomosti” “Rospatent”in məlumat bazasına istinadən yazır. Bu addım şirkətin Rusiya bazarına qayıtmaq planlarından xəbər verə bilər.

Ekspertlərin fikrincə, “The Coca-Cola Company” Rusiya Federasiyasına qayıda bilər, buna görə də əvvəlcədən markalarının hüquqi statusu ilə bağlı narahatçılıq keçirir.

“Coca-Cola” şirkəti Rusiya bazarını 2022-ci ilin mart ayında tərk edib.

AzVision.az



Teqlər:





Xəbər lenti