Məscidlərdə bayram namazı qılındı

   Məscidlərdə bayram namazı qılındı
  16 İyun 2024    Oxunub:866
İyunun 16-da paytaxtdakı Təzəpir, “Əjdərbəy” və digər məscidlərdə Qurban bayramı ilə əlaqədar bayram namazı qılınıb.
AzVision.az xəbər verir ki, mərasimdə din xadimləri və paytaxt sakinləri iştirak ediblər.

Bayram namazında Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar edilib, xalqımıza əmin-amanlıq və ruzi-bərəkət arzulanıb.

Ölkənin digər məscidlərində, o cümlədən işğaldan azad olunmuş rayonların məscidlərində də bayram namazı qılınır.

Bu il Azərbaycanda Qurban bayramı iyunun 16-17-də qeyd olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti