Ermənilər Naxçıvanı atəşə tutdular

   Ermənilər Naxçıvanı atəşə tutdular
  16 İyun 2024    Oxunub:1228
İyunun 16-sı saat 00:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Yeğeqnadzor rayonunun Bardzruni yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən bildirilib.

"Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda deyilir.

AzVision.az


Teqlər:





Xəbər lenti