Bakıda və Abşeronda 34 dərəcə isti olub

   Bakıda və Abşeronda 34 dərəcə isti olub
  16 İyun 2024    Oxunub:799
İyunun 16-sı saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.
Bu barədə AzVision.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da və Aran rayonlarında 35, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.

AzVision.az


Teqlər:





Xəbər lenti