Fransada Qurban bayramını qeyd edənlərə hücum edildi

   Fransada Qurban bayramını qeyd edənlərə hücum edildi
  16 İyun 2024    Oxunub:1194
Parisin Bonneuil-sur-Marne qəsəbəsində Qurban bayramının qeyd olunduğu idman zalına naməlum şəxs hücum edib.
Bu barədə BFMTV kanalı məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində şəhər meriyasının əməkdaşı da daxil olmaqla iki nəfər yüngül xəsarət alıb. Hadisə baş verən zaman otaqda müsəlman icmasının 200-ə yaxın nümayəndəsi olub.

Telekanal xəbər verir ki, hücum edən şəxs yerindəcə saxlanılıb, onun hərəkətinin motivləri aydınlaşdırılır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti