Ötən il 1 570 müharibə iştirakçısı tibbi reabilitasiya xidmətləri ilə təmin olunub

Ötən il 1 570 müharibə iştirakçısı tibbi reabilitasiya xidmətləri ilə təmin olunub
  17 İyun 2024    Oxunub:947
2023-cü ildə 1 570 nəfər müharibə iştirakçısı tibbi reabilitasiya xidmətləri, 612 nəfər şəhid valideyni isə lazımi tibbi və psixoloji yardımla təmin olunublar.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Səhiyyə Nazirliyi Vətən müharibəsi iştirakçıları və şəhid olmuş vətəndaşların ailə üzvlərinə xüsusi həssaslıqla yanaşır və müvafiq tibbi yardımla təmin olunmasını daim nəzarətdə saxlayır. Döyüş əməliyyatları nəticəsində zərərçəkmiş hərbçilərə 12 “Psixoloji Yardım Mərkəzi”ndə (Onlardan ikisi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərir, Psixi Sağlamlıq Mərkəzi və Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası) psixoloji yardımın göstərilməsi davam etdirilib. (AZƏRTAC)
AzVision.az



Teqlər:





Xəbər lenti