Kuleba: "Moskva ilə danışıqların zərurətini başa düşürük"

      Kuleba:    "Moskva ilə danışıqların zərurətini başa düşürük"
  17 İyun 2024    Oxunub:1126
"Ukraynada münaqişəni başa çatdırmaq üçün Rusiyanın danışıqlara qoşulması vacibdir".
AzVision.az xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Dmitro Kuleba İsveçrədə keçirilən sülh konfransı çərçivəsində jurnalistlərə söyləyib.

"Əlbəttə, münaqişənin həlli üçün hər iki tərəfin iştirakına ehtiyac var. Çox yaxşı başa düşürük ki, Rusiya ilə bir masa arxasına əyləşmək qaçılmazdır", - o deyib.

Nazir həmçinin Qərb ölkələrinin və Qlobal Cənubun münaqişənin həlli ilə bağlı fərqli yanaşmalarını da dilə gətirib. O bildirib ki, Qlobal Cənuba məxsus ölkələr Ukraynanın güzəştə getməsini şərt sayırlar.

"Halbuki bu, qərbli müttəfiqlərimizdən eşitdiyimiz məsləhətlər deyil", - Kuleba vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ukrayna   Rusiya   müharibə   danışıqlar  





Xəbər lenti