Baku TV-nin redaktorunun ölüm səbəbi açıqlandı

Baku TV-nin redaktorunun ölüm səbəbi açıqlandı
  17 İyun 2024    Oxunub:1456
Tanınmış jurnalist Sərxan Kamallının ölüm səbəbi açıqlanıb.
Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, 1983-cü il təvəllüdlü jurnalist Sərxan Kamallı iyunun 16-sı saat 6:25-də insult səbəbilə Xətai Tibb Mərkəzinin Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

"Həkimlərin səylərinə və çoxsaylı tibbi müdaxilələrə baxmayaraq, iyunun 17-si saat 7:15-də beyindaxili qansızma, soltərəfli hemiplegiya, baş-beyin ödəmi, ağciyər ödəmi səbəbindən dünyasını dəyişib", - məlumatda bildirilir.
Qeyd edək ki, Sərxan Kamallı Baku TV-nin redaktoru işləyirdi. Daha əvvəl isə bir çox media qurumlarında işləyib.(Oxu.az)

AzVision.az



Teqlər:





Xəbər lenti