Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb
  17 İyun 2024    Oxunub:676
İyunun 15-də və 16-da ölkə ərazisində qeydə alınan 76, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 70, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

İtkin düşmüş kimi axtarışda olan 20 nəfər ötən iki gündə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə tapılaraq aidiyyəti üzrə təhvil verilib.
AzVision.az



Teqlər:





Xəbər lenti