Bəzi rayonlarda leysan yağacaq

   Bəzi rayonlarda leysan yağacaq
  17 İyun 2024    Oxunub:1111
Azərbaycanın rayonlarında iyunun 18-i gündüzdən 20-si axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
AzVision.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilir ki, əsasən dağlıq və dağətəyi rayonlarda (Daşkəsən-Gədəbəy, Gəncə-Qazax, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR) yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti