AB Rusiyaya qarşı sanksiyaları uzatdı

   AB Rusiyaya qarşı sanksiyaları uzatdı
  17 İyun 2024    Oxunub:937
Avropa Birliyi Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı 2014-cü ilin iyununda tətbiq etdiyi sanksiyaları növbəti dəfə uzadıb
AzVision.az xəbər verir ki, bu barədə AB Şurasının bəyanatında deyilir.

“Bu gün Şura Krımın və Sevastopol şəhərinin Rusiya Federasiyası tərəfindən qanunsuz ilhaqına cavab olaraq AB-nin tətbiq etdiyi sanksiyaların 23 iyun 2025-ci ilə qədər uzadılması barədə qərar qəbul edib”, - sənəddə deyilir.

Xatırladaq ki, hazırda qüvvədə olan məhdudlaşdırıcı tədbirlər ilk dəfə 2014-cü ilin iyununda tətbiq edilib. Krımdan və ya Sevastopoldan AB-yə məhsulların idxalına, habelə bu ərazilərdən infrastruktur və ya maliyyə investisiyalarına, eyni zamanda turizm xidmətlərinə qadağalar daxildir.

AzVision.az



Teqlər:





Xəbər lenti