Qazaxıstan "Ukrayna sammiti"nə qatılmadı

Qazaxıstan "Ukrayna sammiti"nə qatılmadı
  17 İyun 2024    Oxunub:1505
Qazaxıstanın İsveçrədə təşkil olunan Ukrayna üzrə sammitdə iştirak etməməsinin səbəbi açıqlanıb
AzVision.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.

O, beynəlxalq tədbirlərin qrafikinə görə bunun baş tutmadığını deyib.

Onun sözlərinə görə, qeyd olunan tədbirə nümayəndə heyəti göndərilməyəcəyi barədə əvvəlcədən məlumat verilib.

Xatırladaq ki, Bürgenstok şəhərində iyunun 15-16-da keçirilmiş sammitdə 90-dan çox ölkənin və 8 beynəlxalq təşkilatın nümayəndələri iştirak ediblər. Konfrans 80 ölkə və 4 beynəlxalq qurumun nümayəndələrinin imzaladığı yekun kommünikenin təsdiqi ilə yekunlaşıb.

AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti