Tanıdığı şəxslərin qəbirlərini bilərəkdən dağıtdı

Tanıdığı şəxslərin qəbirlərini bilərəkdən dağıtdı
  18 İyun 2024    Oxunub:966
Qusarda qəbirləri dağıdan şəxs həbs olunub.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qəbir daşlarını bilərəkdən dağıdan Pərviz Eldarova cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, o, tanıdığı şəxslərə məxsus qəbir daşlarını bilərəkdən dağıdaraq yararsız hala salıb.

AzVision.az



Teqlər:





Xəbər lenti