ŞKTR parlamentinin sədri Milli Məclisin spikerini Lefkoşaya dəvət edib

   ŞKTR parlamentinin sədri Milli Məclisin spikerini Lefkoşaya dəvət edib
  18 İyun 2024    Oxunub:969

Şimali Kipr Türk Respublikası (ŞKTR) parlamentinin sədri Zorlu Töre ilə Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova arasında telefon danışığı olub
AzVision.az xəbər verir ki, Zorlu Töre Sahibə Qafarovanı müsəlmanların müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.

ŞKTR parlamentinin rəhbəri Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü plenar iclasının yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə təşəkkür edib.

Zorlu Töre Azərbaycan Milli Məclisinin sədrini Lefkoşaya səfərə dəvət edib.

Şimali Kipr parlamentinin sədri Milli Məclisin ŞKTR ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev və Türkiyə-ŞKTR parlamentlərarası dostluq qrupunun rəhbəri Orhan Erdem ilə də telefon danışığı aparıb.

AzVision.az



Teqlər:





Xəbər lenti