Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışıb

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışıb
  19 İyun 2024    Oxunub:627
Xarici işlər naziri Ceyhun Bayramov və Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.
Nazirliyin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, nazirlər iki dost ölkə arasında mövcud strateji əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirərək, bir çox istiqamətdə əməkdaşlığın daha da dərinləşməsinin zəruriliyini vurğulayıblar.

İki ölkə liderləri arasında yüksək səviyyəli razılıqlar və tapşırıqlardan irəli gələrək, nazir Ceyhun Bayramovun ötən ayın sonu Pakistana rəsmi səfərinin nəticələri və əldə olunmuş razılıqların icrası məsələləri, o cümlədən gələcək planlar müzakirə edilib.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: XİN   Pakistan   telefon-danışığı  





Xəbər lenti