“Azad edilmiş ərazilərdə ekoturistik standartlar” layihəsi həyata keçirilir

“Azad edilmiş ərazilərdə ekoturistik standartlar” layihəsi həyata keçirilir
  20 İyun 2024    Oxunub:330
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azad edilmiş ərazilərdə ekoturistik standartlar” layihəsini həyata keçirməyə başlayıb.
Layihənin məqsədi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ətraf mühitin və oradakı biomüxtəlifliyin qorunması, su hövzələrinin təmiz saxlanması, ekoturstik standartlara əməl edilməsi ilə Qarabağın turizm cəlbediciliyinin artırılmasına dəstək, həmçinin bu sahədə vəziyyətin monitorinqidir.

Layihə çərçivəsində yuxarıda qeyd edilən mövzuda maarifləndirici və məlumatlandırıcı yazılar hazırlanacaq və mediada, o cümlədən, “ekosular.az” saytında yayımlanacaq, Şuşa, Laçın, Suqovuşan və Füzulidə ətraf mühitin ekoturistik monitorinqi aparılacaq, monitorinqin nəticələrinə həsr olunmuş hesabat nəşr ediləcək və müvafiq qurumlara paylanacaq.

AzVision.az




Teqlər:





Xəbər lenti