NATO-nun bütün ölkələri razıdır : Rutte baş katib olacaq

   NATO-nun bütün ölkələri razıdır   :    Rutte baş katib olacaq
  20 İyun 2024    Oxunub:898
NATO-nun bütün 32 ölkəsi Niderlandın Baş naziri Mark Ruttenin alyansın baş katibi vəzifəsinə namizədliyi ilə razılaşıb.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın “Politiko” nəşri məlumat yayıb.

Məlumata görə, yeni baş katibin rəsmi təsdiqi alyansın iyulda Vaşinqtonda keçiriləcək sammitində olacaq. Rutte 2024-cü il oktyabrın 2-dən bu vəzifədə norveçli Yens Stoltenberqi əvəzləyəcək.

NATO baş katibi üzv ölkələrin konsensusu əsasında təyin edilir. Baş katibin səlahiyyət müddəti 5 ildir.

Qeyd edək ki, Niderland mediası da Ruttenin seçiləcəyini, yeganə rəqibi Rumıniya Prezidenti Yohannisin namizədliyini geri çəkəcəyini yazmışdı.

AzVision.az



Teqlər:





Xəbər lenti