Hidrometeorologiya Xidməti vətəndaşlara müraciət etdi
"Qazax-Gəncə, Quba-Qusar, Daşkəsən-Gədəbəy, Mərkəzi Aran, Balakən-Şəki, Dağlıq Şirvan, Lənkəran-Astara, Qarabağ və Şərqi Zəngəzur bölgəsində qeyri-sabit hava şəraitinin davam edəcəyi, iyunun 23-ü gündüzədək bir sıra yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir, yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.
Gözlənilən intensiv yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir. 21-22 iyun tarixlərində gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı vətəndaşlardan artıq dərəcədə xahiş edirik ki, sinoptiklər tərəfindən verilən sarı, narıncı və qırmızı xəbərdarlıqlara diqqət yetirsinlər, hava məlumatlarına ciddi yanaşsınlar və ehtiyat tədbirlərini unutmasınlar”.
Qeyd edək ki, iyunun 21-22-də ölkənin bəzi rayonlarında gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı sinoptiklər tərəfindən sarı, narıncı və qırmızı xəbərdarlıq edilib.
AzVision.az
Teqlər: