“Şirinlik” qane etmədi, ataya etirazını bildirdi - VİDEO

   “Şirinlik” qane etmədi, ataya etirazını bildirdi -    VİDEO
  21 İyun 2024    Oxunub:686
Lökbatan Tibb Mərkəzinin tərkibindəki 4 saylı doğum evində qızı dünyaya gələn atadan “şirinlik” tələb olunduğuna dair sosial şəbəkədə görüntülər yayılıb. Görüntüdəki şəxs “şirinlik” məbləği az olduğu üçün ataya etirazını bildirir.
AzVision.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, doğum evinin baş həkimi Kəmalə Heydərova hadisənin rəhbərlik etdiyi tibb müəssisəsində baş verdiyini təsdiqləyib. O, videogörüntüdəki ağ xalatlı şəxsin doğum evinin şöbə müdiri olduğunu deyib.

Baş həkim bildirib ki, 6 aydır rəhbərlik etdiyi xəstəxanada ilk dəfədir bu kimi mənfi halla qarşılaşır.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, görüntülərdə əks olunan hadisə ilə bağlı hazırda araşdırılma aparılır. Araşdırma yekunlaşdıqdan sonra əlavə məlumat veriləcək.



AzVision.az



Teqlər:





Xəbər lenti