Məşhur kanadalı aktyor vəfat etdi

  Məşhur kanadalı aktyor vəfat etdi
  21 İyun 2024    Oxunub:827
Kanadalı aktyor Donald Sazerlend uzun sürən xəstəlikdən sonra 88 yaşında vəfat edib.
AzVision.az “BBC”yə istinadən xəbər verir ki, bu barədə onun oğlu aktyor Kifer Sazerlend sosial şəbəkə hesabından məlumat verib.

"Atam Donald Sazerlendin vəfat xəbərini ürək ağrısı ilə sizinlə bölüşürəm. Mən şəxsən onu kino tarixinin ən önəmli aktyorlarından biri hesab edirəm”,- deyə K.Sazerlend qeyd edib.

“Aclıq oyunları” və “İndi baxma” kimi kinoların ulduzu olan aktyor 190-dan çox film və seriallarda yer alıb.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti