Moskvada qasırğa: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

      Moskvada qasırğa:    2 nəfər ölüb, 35 nəfər yaralanıb
  21 İyun 2024    Oxunub:864
Moskvada qasırğa zamanı 2 nəfər ölüb, 35 nəfər xəsarət alıb. RİA Novosti bu barədə fövqəladə hallar xidmətinin nümayəndəsinə istinadən xəbər verir.
"Yenilənmiş məlumata görə, qasırğa zamanı 37 nəfər xəsarət alıb, onlardan ikisi ölüb", - agentliyin həmsöhbəti bildirib. Onun sözlərinə görə, ölənlər arasında 6 uşaq var.

Xatırladaq ki, iyunun 20-də qasırğa küləyi və güclü leysan Moskvanı bürüyüb, bəzi yerlərdə tornado müşahidə edilib. Şəhərdə ağaclar və avtomobillər aşıb.

Rəsmilər hava şəraiti ilə bağlı maksimum “narıncı” xəbərdarlıq elan ediblər.


Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti