Erməni deputat: "İqtisadiyyatımız Rusiyadan asılıdır" - VİDEO

      Erməni deputat:    "İqtisadiyyatımız Rusiyadan asılıdır" -  VİDEO
  21 İyun 2024    Oxunub:1173
"Ermənistan Rusiya ilə tərəfdaşlıqdan əl çəkərsə, Türkiyənin bu ölkədə nüfuzu artacaq. Bu, İrəvan üçün sərfəli deyil".
AzVision.az xəbər verir ki, bu sözləri "Sputnik"ə müsahibəsində Ermənistan parlamentinin “Hayastan” fraksiyasının nümayəndəsi, deputat Levon Koçaryan söyləyib.

"Rusiya, Türkiyə və İran tarixən Cənubi Qafqazda aparıcı ölkə rolunu oynayıb. Rusiya bu meydandan çıxarılarsa, onu başqası - çox güman ki, Türkiyə əvəzləyəcək. Ermənistanda əhalinin əksəriyyəti başa düşür ki, bu İrəvanın nəzərində məqsədəuyğun deyil", - erməni deputat vurğulayıb.

Onun sözlərinə görə, Rusiya ilə münasibətlər pozularsa, Ermənistanda ciddi iqtisadi problemlər baş qaldıracaq.

"Hakimiyyət isə hələ də anlamır ki, ölkənin iqtisadiyyatı Rusiyadan nə dərəcədə asılıdır. Başqa ölkələrin göndərəcəyi istənilən növ yardım da gözlənilən iqtisadi çətinlikləri aradan qaldıra bilməyəcək", - Koçaryan diqqətə çatdırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   Rusiya   iqtisadiyyat  





Xəbər lenti