"Azercell" abunəçilərinin NƏZƏRİNƏ

"Azercell" abunəçilərinin    NƏZƏRİNƏ
  21 İyun 2024    Oxunub:670
"20 iyun 2024-cü il tarixində axşam saatlarından etibarən respublikanın bəzi bölgələrində güclü küləkli hava şəraiti ilə əlaqədar "Azercell" abunəçilərinin telekommunikasiya xidmətlərindən istifadəsi zamanı müvəqqəti çətinliklərlə qarşılaşması mümkündür".
Bu barədə AzVision.az -a "Azercell Telekom" MMC -dən məlumat verilib.

Məlumatda bildirilir ki, hal-hazırda yaranmış halın aradan qaldırılması və mobil rabitə xidmətlərinin tam bərpası üçün şirkət gücləndirilmiş iş rejimində çalışır, müvafiq ərazilərdə zəruri tədbirlər görülür.

"Yaranmış narahatlığa görə təəssüf edir və bildiririk ki, ən qısa zamanda xidmətlərdən tam normal əsaslarla istifadə edilməsi imkanı təmin ediləcəkdir", - şirkət vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti