Bakıda “Toyota” yandırıldı, saxlanılan var

Bakıda “Toyota” yandırıldı,    saxlanılan var
  21 İyun 2024    Oxunub:903
İyunun 16-da gecə saatlarında Binə qəsəbəsi ərazisində “Toyota” markalı avtomobilin yanması ilə bağlı Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsində aparılan araşdırmalarla avtomobilin qəsdən yandırılmasına əsaslı şübhələr müəyyən edilib.
AzVision.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Rəşad Nəzərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti