Ermənistan Fələstini rəsmən tanıyıb

   Ermənistan Fələstini rəsmən tanıyıb
  21 İyun 2024    Oxunub:1218
"İrəvan Yaxın Şərqdə uzunmüddətli sülh və sabitliyin tərəfdarıdır".
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Müxtəlif beynəlxalq platformalarda həmişə İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə və "iki dövlət prinsipi" zəminində həllini dəstəkləmişik. Beynəlxalq hüquq, xalqların bərabərliyi, suverenlik və dinc birgəyaşayış prinsiplərinə sadiqliyini təsdiqləyən Ermənistan Respublikası Fələstin dövlətini tanıyır", - bəyanatda vurğulanır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   Fələstin  





Xəbər lenti