Qəzzada epidemiyalar artır

   Qəzzada epidemiyalar artır
  21 İyun 2024    Oxunub:1076
"Təmiz qida və su qıtlığı xəstəliklərin yayılmasına təkan verir".
AzVision.az xəbər verir ki, bu barədə "Al Jazeera"ya Qəzza zolağının Cəbaliyya şəhərindəki "Kamal Ədvan" xəstəxanasının direktoru söyləyib.

Onun sözlərinə görə, əhali arasında baş qaldıran ağır xəstəliklər arasında hepatit C daha çox yayılıb.

Vəziyyətin günbəgün ağırlaşdığını vurğulayan həkim Qəzzaya ərzaq, dərman, tibbi ləvazimat və yanacaq yardımının artırılmasına çağırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza   xəstəlik   yardım  





Xəbər lenti