Mahmud Abbasın ofisi Ermənistana təşəkkür etdi

Mahmud Abbasın ofisi Ermənistana təşəkkür etdi
  21 İyun 2024    Oxunub:1139
Fələstin Milli Administrasiyasının (PNA) prezidenti Mahmud Abbasın ofisi Ermənistana təşəkkür bəyanatı yayıb. Buna səbəb İrəvanın Fələstini dövlət kimi tanımasıdır.
AzVision.az xəbər verir ki, bu barədə VAFA agentli məlumat yayıb.

“Ermənistanın müdrik addımı iki dövlətin (İsrail və Fələstin - red.) dinc yanaşı yaşamasını nəzərdə tutan plana uyğundur. Bu, beynəlxalq iradə və legitimliyi müdafiə edən strateji seçimdir”, - nəşr yazıb.

Xatırladaq ki, bu gün Ermənistan Xarici İşlər Nazirliyi Fələstinin müstəqilliyini tanıyan bəyanat yayıb.Bundan sonra Ermənistanın İsraildəki səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırıldı.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti